“Bakıda hər gün dezinfeksiya işlərinə 2 mindən çox insan cəlb olunur”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev bildirib.
E. Həbibullayev deyib ki, İcra Hakimiyyətinin balansında 11 min 435 bina var, bu binaların liftləri də həftədə iki dəfə dezinfeksiya edilir: “Şəhərdə məişət tullantılarının daşınması xüsusi karantin günlərində müəyyən problemlər ola bilər. Ona görə də hər bir blokun qarşısına zibillərin atılması üçün xüsusi konteynerlər yerləşdiriləcək. İki gün üçün 1000-dən çox belə konteyner quraşdırılacaq”.