İyunun 20-də Sumqayıt şəhəri ərazisində 8 yaşayış binasının girişlərində quraşdırılmış İnternet naqilləri kəsilərək oğurlanıb.
Lent.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Xanbalayev saxlanılıb.