Biçilməmiş taxıl sahəsi yandı
14 iyun 2020 23:10 (UTC +04:00)

Biçilməmiş taxıl sahəsi yandı

0

 

Bu gün Çəkinin Kosalı kəndi yaxınlığında, Zəyzid kənd sakinlərinə məxsus taxıl sahələrində yanğın baş verib. 

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. 

Taxıl sahələrində baş verən yanğın dərhal məhdudlaşdırılıb. Yanğın nəticəsində bir hektar biçilməmiş, yarım hektar isə biçilmiş taxıl sahəsi yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3720

Oxşar yazılar