Beş maşın oğurladılar, birinin...
07 may 2020 13:04 (UTC +04:00)

Beş maşın oğurladılar, birinin...

Abşeron rayonu, Hökməli qəsəbəsində Elbrus Məmmədova məxsus “VAZ 2107” markalı nəqliyyat vasitəsi qaçırılıb. Avtomobilin sahibi bu barədə polisə məlumat verən kimi dərhal nəqliyyat vasitəsinin axtarışlarına başlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, qısa zamanda görülən tədbirlər nəticəsində avtomobilin Suraxanı rayonu ərazisində olduğu müyyən edilib. Baş Cinayət Axtarış İdarəsi, Abşeron rayon Polis İdarəsi və Qobu Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində həmin nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Tahir Atakişiyev və Heydər Əkbərov tutularaq məsuliyyətə cəlb olunublar.

Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər Abşeron rayonundan başqa paytaxt ərazisində daha 3 “VAZ 2107” və 1 ədəd “BMW” markalı nəqliyyat vasitəsini oğurlayıblar. Tahir Atakişiyev və Heydər Əkbərov ifadələrində maşınları sökərək ehtiyat hissələri halında satmaq üçüm qaçırdıqlarını bildiriblər. Amma onlar oğurladıqları avtomobillərdən yalnız birini ehtiyat hissələri halında sata biliblər. Digər nəqliyyat vasitələri isə polislər tərəfindən aşkar olunaraq sahiblərinə qaytarılıb. Polis Bölməsində araşdırma aparılan zamanı Tahir Atakişiyevin paytaxtın Nizami rayon Polis İdarəsində oğurluğa görəaxtarışda olduğu da müəyyən edilib.

Faktla bağlı Qobu Polis Bölməsində saxlanılan şəxslər barəsində toplanan materiallar Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Tahir Atakişiyev və Heydər Əkbərovun digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2491

Oxşar yazılar

Qardaş qardaşı bıçaqladı

Qardaş qardaşı bıçaqladı

30 avqust 2025 , 21:13
Xocalıda yanğınlar  başladı

Xocalıda yanğınlar başladı

30 avqust 2025 , 20:37
Ailə üzvləri kişinin meyitini bağdan tapdılar - Ağstafada DƏHŞƏT

Ailə üzvləri kişinin meyitini bağdan tapdılar - Ağstafada DƏHŞƏT

30 avqust 2025 , 19:33
Bakıda maşın piyadanı vurdu

Bakıda maşın piyadanı vurdu

30 avqust 2025 , 18:13
Bakıda taksi şirkətinin  ofisi qarət olundu

Bakıda taksi şirkətinin ofisi qarət olundu

30 avqust 2025 , 17:47
Gəncədə maşın 15 yaşlı qızı vurdu

Gəncədə maşın 15 yaşlı qızı vurdu

30 avqust 2025 , 17:03
Polis şöbəsində müəmmalı ÖLÜM

Polis şöbəsində müəmmalı ÖLÜM

30 avqust 2025 , 12:29
Kürdəmirdə sürücü qəzada öldü  - Əvvəl "Jiquli"yə, sonra dükana çırpıldı

Kürdəmirdə sürücü qəzada öldü - Əvvəl "Jiquli"yə, sonra dükana çırpıldı

30 avqust 2025 , 11:19