Baş prokurorun tapşırığı ilə təxribatçı rus jurnalistə qarşı CİNAYƏT İŞİ AÇILDI
12 oktyabr 2020 14:17 (UTC +04:00)

Baş prokurorun tapşırığı ilə təxribatçı rus jurnalistə qarşı CİNAYƏT İŞİ AÇILDI

Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, eləcə də ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, həyata keçirilən kompleks tədbirlərin davamı kimi, aparılmış araşdırmalarla bəzi internet resurslarında ölkəmizin ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edilməsi ilə bağlı yayılmış videogörüntülər təhlil edilib.

Araşdırmalarla 1985-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı Semyon Vladimiroviç Peqovun Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində olan şəxslərlə cinayət əlaqəsinə girib cinayətkar birlik tərkibində birləşərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun və Miqrasiya Məcəlləsinin tələblərinə zidd olaraq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Semyon Peqovun Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində Ermənistan Respublikası tərəfindən hərbi təcavuz və milli ayrı-seçkiliyin nəticəsi kimi yaradılmış “Artsax” adlandırılan qanunsuz qondarma rejimin dəstəklənməsi məqsədilə, guya həmin qurumun müdafiəsi üçün çoxsaylı könüllü erməni gənclərin səfərbər olduqlarını bildirən çəkilişlər etməsinə, işğal olunmuş ərazilərimizdə qanunsuz yaradılmış terrorçu silahlı qruplaşmanın üzvlərindən müsahibələr alıb bu barədə müəllifi olduğu internet resurslarında çoxsaylı videogörüntülər paylaşmaqla Rusiya Federasiyasının vətəndaşlarına səslənərək Ermənistan Respublikasına kömək məqsədilə döyüş əməliyyatlarının aparıldığı bölgəyə gəlmələrinə, habelə ölkəmizin ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edərək bu cür məzmunlu materialları qeyd olunan internet səhifəsində yaymasına şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Baş prokuror tərəfindənCinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Baş Prokurorluq tərəfindən qeyd edilən şəxsin vətəndaşı olduğu ölkənin səlahiyyətli qurumlarına hüquqi yardım haqqında sorğu göndərilib.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 847
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Nazir qəzaya düşdü, sürücüsü öldü

Nazir qəzaya düşdü, sürücüsü öldü

11 dekabr 2024 , 14:21
Azərbaycanda daha bir tələbə  öldü

Azərbaycanda daha bir tələbə öldü

11 dekabr 2024 , 13:58
Məhkəmədən Rüfət Səfərovla bağlı YENİ QƏRAR

Məhkəmədən Rüfət Səfərovla bağlı YENİ QƏRAR

11 dekabr 2024 , 13:11
Kürdəmirdə iribuynuzlu heyvanları oğurlayan tutuldu

Kürdəmirdə iribuynuzlu heyvanları oğurlayan tutuldu

11 dekabr 2024 , 13:03
Neftçalada motosikleti kanala aşıran sürücü öldü

Neftçalada motosikleti kanala aşıran sürücü öldü

11 dekabr 2024 , 12:37
Oğru Elçibəyin maşınını da zədələyib - YENİLƏNİB

Oğru Elçibəyin maşınını da zədələyib - YENİLƏNİB

11 dekabr 2024 , 11:40
Lənkəranda qadın özünü asdı

Lənkəranda qadın özünü asdı

11 dekabr 2024 , 11:19
Azərbaycanda evdə YANĞIN:  yaralanan var

Azərbaycanda evdə YANĞIN: yaralanan var

11 dekabr 2024 , 10:27