Sabirabadda baş verən qəzada ölənlərin kimliyi məlum olub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad şəhərinin girişində baş verib.
Sabirabad sakini, Kamran Nəsirli sürətlə idarə etdiyi "Mercedes" markalı, 99 BS 755 dövlət nömrə nişanlı avtomobillə yolu keçərək qoşa xəttin üstündə dayanan, 1948-ci il təvəllüdlü Əliyeva Banu Məhəmməd qızı və onun qızı, 1971-ci il təvəllüdlü Niftəliyeva Hədiyyə Ağabala qızını vurub. Ana və qızı aldıqları xəsarətlərdən hadisə yerindəcə keçiniblər. Onlar Sabirabad xəstəxanasının işçiləri olub.
Qeyd edək ki, K. Nəsirli Sabirabad rayon Vərəm Dispanserinin baş həkimi Rasim Nəsirovun oğludur. Sürücü polis tərəfindən saxlanılıb.
Faktla bağlı Sabirabad polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
***
14:02
Sabirabadda iki nəfərin ölümünə səbəb olan qəzanı törədən avtomobilin sürücüsünün kimliyi məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, "Mercedes" markalı avtomobilin sürücüsü Kamran Nəsirlidir.
Qeyd edək ki, K. Nəsirli Sabirabad rayon Vərəm Dispanserinin baş həkimi Rasim Nəsirovun oğludur.
***
13:04
Sabirabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, “Mercedes” markalı avtomobil 2 piyada qadını vurub.
Hər iki qadın hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.