Baş Prokurorluqdan əsgərin ölümü ilə bağlı AÇIQLAMA
10 iyul 2020 14:06 (UTC +04:00)

Baş Prokurorluqdan əsgərin ölümü ilə bağlı AÇIQLAMA

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində hərbi xidmətdə olarkən Alazan çayında suda batması nəticəsində vəfat etmiş Quba rayonu Üçgün kənd sakini Fərdi Yarəliyevin meyiti üzərində guya zorakılıq əlamətlərinin aşkar olunması barədə yalan məlumatlar yayılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, kütləvi informasiya vasitələri tərəfindən süni ajiotaj yaratmaq məqsədilə ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.

"Belə ki, Dövlət Sərhəd xidmətinin N saylı hərbi hissəsindən Zaqatala hərbi prokurorluğuna əsgər Yarəliyev Fərdi Namik oğlunun Alazan çayında suda bataraq ölməsi barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər hərəkətlər icra edilib.

Fakt üzrə Zaqatala hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 342.1-1-ci (qulluğa səhlənkar yanaşma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq peşəkar prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.

Mərhum Fərdi Yarəliyevin meyitinin xarici və daxili mayinəsi zamanı bədən səthində hər-hansı bir xəsarət və ya xəsarət izləri aşkar edilməyib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu kütləvi informasiya vasitələrini həqiqətə uyğun olmayan məlumatları və dəqiqləşdirilməmiş informasiyaların yayılmaması barədə xəbərdarlıq edir", - deyə qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7402
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21