Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı
12 iyun 2020 16:09 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı

Baş Prokurorluqda kadr islahatları aparılıb.

Qurumdan Lent.az-a verilən xəbərə görə, dövlət başçısının imzaladığı sərəncamla Heydər Məmmədov Baş prokurorun müavini, Baş prokurorun imzaladığı müvafiq əmrlərlə Nemət Əvəzova yeni yaradılmış Baş Prokurorluğun İstintaq idarəsinin rəisi vəzifəsinin icrası həvalə edilmiş, Natiq Abdullayev Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, Elşən Abbasov Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi, Natiq Hüseynov Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi, Kamal Qılıcov Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin rəisi, Murad Dadaşov Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi, Anar Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, Sərdar İmanov isə Xətai rayon prokuroru vəzifələrinə təyin ediliblər.

Bundan əlavə, uzun illər Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri işləmiş Eldar Sultanov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi vəzifəsinə təyin edilmiş, Günay Səlimzadəyə isə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri vəzifəsinin icrası həvalə edilib.  

Prokurorluq orqanlarında struktur islahatlarının həyata keçirilməsi və kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.

# 4393
avatar

Mehman Nəbiyev

Oxşar yazılar