Türkiyənin İstanbul şəhərində 15 illik həyat yoldaşını öldürən ər axtarışa verilib.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gün saat 23:00-da Böyükçəkməcədə meydana gəlib. Daim əri Sami Aslandan şiddət görən 2 uşaq anası, 33 yaşlı Dərya Aslan 2 ay öncə boşanmaq üçün ata evinə gəlib. Bu müddət ərzində isə ərinin yanında olan uşaqlarını görə bilməyib.
Dünən axşam S.Aslan barışmaq üçün qadını evə çağırıb. Sonra ikisi də birlikdə Böyükçəkməcədə boş bir əraziyə gediblər. Burada S.Aslan qadının başına bir güllə vuraraq onu həyatdan məhrum edib və hadisə yerindən qaçıb.
Daha sonra Sami Aslan böyük qaynına zəng edərək “Gəlin cəsədi götürün” deyib. Bununla yanaşı o, baldızına da zəng vuraraq, “Hələ öldürəcəyim iki nəfər də var” deyərək onları təhdid edib.
Şəhər Polis İdarəsi S.Aslanın tapılması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir.