Balakəndə 1 tondan çox narkotik yandırıldı - FOTO
18 may 2020 12:25 (UTC +04:00)

Balakəndə 1 tondan çox narkotik yandırıldı - FOTO

Balakəndə külli miqdarda çətənə bitkisi məhv edilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin aşkar edilərək məhv edilməsi istiqamətində əməliyyat tədbirləri keçirib. Nəticədə rayonun Qaysa kəndi ərazisində yabanı halda bitən çəkisi 470 kiloqram olan 1510 ədəd, Şambul kəndi ərazisində isə ümumi çəkisi 830 kq olan 3129 ədəd narkotik tərkibli çətənə bitkiləri kökündən çıxarılaraq, yandırılma yolu ilə məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1948
avatar

Mehman Nəbiyev

Oxşar yazılar