Bakının mərkəzində mağazadan telefon oğurlandı
15 may 2020 09:18 (UTC +04:00)

Bakının mərkəzində mağazadan telefon oğurlandı

Bakının Nəsimi rayonunda mobil telefon oğurlanıb.

Lent.az-ın məlumatına görə, mayın 4-də axşam saatlarında rayonun A.Mustafayev küçəsində yerləşən mağazaların birindən Bakı şəhər sakini olan qadına məxsus 350 manatdəyərində mobil telefon masanın üzərindən oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi tərəfindən keçirilən əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini 37 yaşlı Rasim Nəcəfov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3310
avatar

Mehman Nəbiyev

Oxşar yazılar