Bakıda bıçaqlanma hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Yasamal rayonu, Hüseyn Cavid prospektində baş verib.
Bakı şəhər sakini, 27 yaşlı Ə. Vəliyev naməlum şəxs tərəfindən bıçaqlanıb. Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 24 yaşlı Fərid Fətəliyev saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.