Bakının mərkəzində gizli işləyən kafe aşkarlandı - FOTO
20 aprel 2020 11:58 (UTC +04:00)

Bakının mərkəzində gizli işləyən kafe aşkarlandı - FOTO

Səbail rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbir zamanı M.Müşfiq küçəsi 4 ünvanında yerləşən “502” restoranının xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi məlum olub. Obyektə baxış zamanı orada olan obyekttin sahibi və 4 nəfər müştərinin karantin qaydalarını pozduqları müəyyən aşkar edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, həmin şəxslər restoranı icarə əsasında işlədən Yevlax rayon sakini Coşqun Məmmədov, Mingəçevir şəhər sakini Elmin Məmmədzadə, paytaxt sakinləri Fidan Əmrahova, Sahilə Bəhrəmova və Nasir İsayev saxlanılaraq Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə gətiriliblər. Bu şəxslər barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub. Karantin qaydalarını pozan C.Məmmədov 200, digər 4 nəfəri isə 100 manat miqdarında cərimə ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1658
avatar

Mehman Nəbiyev

Oxşar yazılar