Bakının bu rayonlarına yeni prokuror təyin edildi
18 iyun 2020 10:36 (UTC +04:00)

Bakının bu rayonlarına yeni prokuror təyin edildi

0

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

APA-nın məlumatına görə, bu barədə baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Quba rayon prokuroru Elman Süleymanov tutduğu vəzifədən azad edilərək Yasamal rayon prokuroru vəzifəsinə təyinat alıb.

Baş prokurorun imzaladığı digər əmrlə Pirallahı rayon prokuroru İbrahim Ləmbəranski tutduğu vəzifədən azad edilərək Sabunçu rayon prokuroru vəzifəsinə təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5773

Oxşar yazılar