Bakıda sanatoriyada ölüm hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki Qızıl Qum sanatoriyada baş verib. Həmin sanatoriyada məskunlaşan, Laçın rayonundan olan məcburi köçkün, 1967-ci il təvəllüdlü Abbasov Surxay Bəhlul oğlu məskunlaşdığı evdə soyuducunu təmir edərkən onu elektrik cərəyanı vurub.
Xəstəxanaya yerləşdirilən S. Abbasov orada ölüb.