Bakıdakı kafedə karantin qaydaları pozuldu: sahibi cərimələndi
24 iyun 2020 11:23 (UTC +04:00)

Bakıdakı kafedə karantin qaydaları pozuldu: sahibi cərimələndi

Sabunçu rayonunda sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.

APA-nın məlumatına görə, Sabunçu rayon Polis İdarəsi Post Patrul Xidməti və 13-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə iyunun 23-də saat 18:30-də Bakıxanov qəsəbəsində N.İsmayılov küçəsində fəaliyyət göstərən “Azəri” kafesinin sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. 

Ümumilikdə 7 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kafenin sahibi H.Məhərrəmov 1500 manat, digərləri 200 manat cərimə olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2491
avatar

Oxşar yazılar