Bakıda avtomobilin qaz xətlərinə çırpılıb yanması ilə bağlı "Azəriqaz" İstehsalat Birliyi açıqlama yayıb.
"Azəriqaz"dan Lent.az-a verilən məlumata görə, aprelin 30-da səhər saatlarında Nərimanov rayonu Qafur Rəşidov küçəsində qeyri-yaşayış sahələrini təbii qazla təmin edən 108 mm-lik qaz kəməri"Hyundai" markalı avtomobillə vurularaq yararsız hala salınıb.
Qəza zamanı baş vermiş yanğın nəticəsində avtomobil ilə yanaşı, qaz kəmərinin üzərində olan G-250 sənaye tipli qaz sayğacı və 100 mm-lik siyirtmə, həmçinin RDUK-100 tipli qaz tənzimləyicisi yanaraq yararsız hala düşüb. Qeyri-yaşayış sahələrinin qaz təminatı dayandırılıb.
Qəzanın yaratdığı fəsadların aradan qaldırılması üçün birliyin əməkdaşları təmir-bərpa işlərinə başlayıb.