Bakıda yol qəzası ölümlə nəticələndi
23 may 2020 09:42 (UTC +04:00)

Bakıda yol qəzası ölümlə nəticələndi


Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Samir Əliyev "Nissan" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək aşırıb. Hadisə nəticəsində S. Əliyev bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, sərnişini, 2000-ci il təvəllüdlü Azər Bədirli isə hadisə yerində dünyasını dəyişib. 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma)  maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2368
avatar

Oxşar yazılar