Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə 9-cu mikrorayonda evdə qeydə alınıb.
2003-cü il təvəllüdlü Rəşidli Rəfael Tofiq oğlu yaşadığı mənzildə qohumu tərəfindən bıçaqlanıb.
Yaralı qol nahiyəsinin və qarnın ön divarının kəsilmiş-deşilmiş yaraları ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.