Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 500 m² olan taxta emalı sexinin dam örtüyünün taxta atmaları və içərisinə yığılan taxta materiallar 15 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, sexin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.