Bakıda taksi sürücüsü sərnişinini soyub.
Lent.az-ın məlumatına görə, Binəqədi rayon Xocasən qəsəbəsində 1985-ci il təvəllüdlü R. Bəbişovu sərnişin olduğu taksinin sürücüsü döyərək mobil telefonunu və 45 manat pulunu quldurluq yolu ilə talayıb.
Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü Allahqulu Əzimov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.