Bakıda süd qazanına düşən 4 yaşlı uşaq xəstəxanada öldü
28 iyul 2020 09:09 (UTC +04:00)

Bakıda süd qazanına düşən 4 yaşlı uşaq xəstəxanada öldü

Bakıda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.

Lent.az-ın məlumatına görə, iyulun 27-də, saat 13 radələrində paytaxtın Binə qəsəbəsində 2016-cı il təvəllüdlü Elmir Gülməmmədov qaynayan süd qazanına düşüb. O, xəsarət alaraq, 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, E.Gülmmədov gecə saatlarında dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3121
avatar

Mehman Nəbiyev

Oxşar yazılar