Bakının Nərimanov rayonunda mənzilə baxan xilasedicilər orada meyit aşkar ediblər.
APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1947-ci il təvəllüdlü Nəcəfova Elmira İsmayıl qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.