Bakıda qadınlar ev yardılar
15 may 2020 09:11 (UTC +04:00)

Bakıda qadınlar ev yardılar

Bakının Xəzər rayonunda evdən oğurluq olub.

Lent.az-ın məlumatına görə, mayın 6-da, günorta saatlarında rayonun Zirə qəsəbəsi Bakıxanov küçəsində yerləşən V.Qasımovanın evindən qapıdan keçməklə 1095 manat nağd pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Yevlax rayon sakinləri 25 yaşlı Sitarə Məmmədova və 49 yaşlı Nigar Bəkirova saxlanılıb.

Faktla bağlı açılan cinayət işi üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3124
avatar

Mehman Nəbiyev

Oxşar yazılar