Bakıda sirkə turşusundan zəhərlənən qadın ölüb.
APA-nın xəbərinə görə, hadisə Xətai rayonu, Gəncə prospekti ev 37-də qeydə alınıb. Həmin ünvanda yaşayan, 1942-ci il təvəllüdlü Nadejda Mustafayeva sirkə turşusundan zəhərlənmə əlaməti ilə xəstəxanaya daxil olub. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək olmayıb.
Faktla bağlı araşdırma aparılır.