Bakıda bədbəxt hadisə baş verib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Rayon sakini, 42 yaşlı Hüseynova Səadət Fəxrəddin qızı yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.