Bakının Nizami rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən qəzanın bəzi detalları məlum olub.
Rayonun 8-ci kilometr qəsəbəsində, "Kainat" restoranının yaxınlığında 1997-ci il təvəllüdlü Aslanlı Ümman Şahin oğlu yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən yolu keçmək istəyib.
Bu zaman hərəkətdə olan "BMW" markalı avtomobil onu vurub.
Ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına çatdırılan Ü.Aslanlı daha sonra özəl xəstəxanaların birinə aparılıb.
Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünü saxlayıb.
***
00:12
Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə “8-ci kilometr” bazarının qarşısında qeydə alınıb.
1997-ci il təvəllüdlü Aslanlı Ümman Şahin oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.
Sürücü hadisə yerindən yayınıb. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Xəstəxananın həkimlərinin APA-ya verdiyi məlumata görə, yaralının vəziyyəti stabil-ağırdır.