"Bir qədər əvvəl Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib".
Lent.az məlumat verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
O qeyd edib ki, bu səbəbdən də hazırda Z.Bünyadov prospektində Olimpiya stadionunun qarşısından başlayaraq “20 Yanvar” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.