Bakı şəhər sakini Ş.Həsənovdan nömrəsi silinmiş “Makarov” markalı tapança və 4 ədəd patron götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Ş.Həsənov saxlanılıb.
Ondan nömrəsi silinmiş “Makarov” markalı tapança və 4 ədəd patron götürülüb.