Bakıda narkotik satmaq istəyən gənclər tutuldu
25 iyun 2020 12:28 (UTC +04:00)

Bakıda narkotik satmaq istəyən gənclər tutuldu

Bakının Binəqədi rayonunda külli miqdarda narkotik vasitə və psixotrop maddə qqnunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşalrı Bakı şəhər sakinləri, 26 yaşlı Amil Orucov və 25 yaşlı Əlihüseyn Hüseynovu saxlayıblar. 

A. Orucovdan şəxsi axtarış zamanı 1 kiloqram 9 qram heroin, Ə. Hüseynovdan isə 10 qram heroin və 183 qram metanfetamin aşkar edilərək götürülüb. Onlar ifadələrində narkotik vasitələri satmaq məqsədi ilə şəxsiyyəti istintaqa hələ ki məlum olmayan bir nəfərdən aldıqlarını bildiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslər tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2086
avatar

Mehman Nəbiyev

Oxşar yazılar