Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Nəsimi rayonu ərazisində əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Məmmədov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 5 qrama yaxın heroin aşkar edilib. Yaşadığı mənzildən isə 1 kiloqramdan artıq heroin, 269 qrama yaxın metamfetamin, 395 qram marixuana və 1 ədəd elektron tərəzi götürülüb.