Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
Lent.az-ın məlumatına görə,
Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşları daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri, 26 yaşlı Amil Orucov və 25 yaşlı Əlihüseyn Hüseynovu saxlayıblar.
A.Orucovdan 1 kiloqram 9 qram heroin, Ə. Hüseynovdan isə 10 qram heroin və 183 qram metanfetamin aşkar edilərək götürülüb.
Binəqədi rayon Polis İdarəsi cinayət-axtarış şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini, 27 yaşlı Əmirbəy Ağayevdən 0,924 qram heroin, çantasından isə 1,674 qram heroin, 2,711 qram metanfetamin, 37 yaşlı Şirxan Məmmədovdan isə 3,392 qram heroin aşkar edilərək götürülüb.