Bakıda telefon oğurlanıb.
Lent.az-ın məlumatına görə, aprelin 24-də, günorta saatlarında Xətai rayonunda yerləşən "Babək plaza"da işçilərdən birinin 400 manatlıq telefonu oğurlanıb.
Daxil olan məlumat əsasında Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 27 yaşlı Bakı şəhər sakini Elnur Nəsirov saxlanılıb.