Bakıda mənzildən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Suraxanı RPİ 30-cu PŞ və Beyləqan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Suraxanı rayonu ərazisindəki evlərin birindən 1 710 manat pul və 750 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş R.Qabilov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.