Bakıda minik maşını avtobusla toqquşdu: yaralılar var
30 aprel 2020 16:39 (UTC +04:00)

Bakıda minik maşını avtobusla toqquşdu: yaralılar var

0

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-xəbər verir ki, hadisə Buzovna qəsəbəsində, Albalılıq yolu adlanan ərazidə qeydə alınıb. "Mercedes" markalı avtomobil marşrut avtobusu ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan, 1985-ci il təvəllüdlü Famil Məmmədov və onun iki azyaşlı övladı xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.  

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1491

Oxşar yazılar