Bakıda minik maşını avtobusa çırpıldı: yaralanan var
18 may 2020 19:45 (UTC +04:00)

Bakıda minik maşını avtobusa çırpıldı: yaralanan var

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə paytaxtın Nizami rayonu, "Neftçilər" metrostansiyası yaxınlığında  qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən "KİA" markalı avtomobil qəfildən idarəetməni itirərək 15 saylı marşrut avtobusuna çırpılıb.

Qəza zamanı avtomobilin sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2953
avatar

Oxşar yazılar