Xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları vətəndaşların sağlamlığı naminə nəqliyyat axınının və əhalinin sıx olduğu yerlərdə, eləcə də qapalı məkanlarda və ictimai nəqliyyatda reydlər keçirir, mütləq qaydada tibbi maskadan istifadə etməyi tələb edirlər.
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, bu tələblərə riayət etməyənlər barəsində isə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati cəza tədbirləri görürlər.
Qeyd edək ki, xüsusən, şəhər mərkəzində maskadan istifadə üçün keçirilən reydlərə qadın polis əməkdaşları da cəlb olunub.