Bakıda mağazadan oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyulun 6-da rayon ərazisindəki mağazaların birindən 2900 manat dəyərində 3 ədəd mobil telefon oğurlanıb.
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Çubanov saxlanılıb.