Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə oktyabrın 1-ə keçən gecə rayon ərazisindəki köşklərin birindən 300 manat pul və 2200 manat dəyərində tütün məmulatının oğurlanması barədə müraciət daxil olub.
DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri V.Hüseynov və əvvəllər məhkum olunmuş T.Kalbalılı saxlanılıb.
V.Hüseynovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2 nəfərlə birgə daha 2 köşkdən ümumilikdə 2900 manat dəyərində tütün məmulatı və danışıq kartları oğurlaması da müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.