Bakının Sabunçu rayonunda bir nəfər dəm qazından zəhərlənib.
APA xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində baş verib.
1970-ci il təvəllüdlü Bayramov Xəqani Bünyat oğlu evin hamam otağında çimərkən halı pisləşib.
O, təcili 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlərin köməkliyi ilə X.Bayramovun həyatını xilas etmək mümkün olub.