Bakıda mənzildən külli miqdarda narkotik maddə aşkarlanıb.
DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbiri keçiriblər. Nəticdə Cəlilabad rayon sakini X.Həsənovun Binəqədi rayonu ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı oradan 1 kiloqram 17 qram heroin və 286 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.