Paytaxtın Nəsimi rayonunda xüsusi karantin rejim qaydlarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan obyekt aşkarlanıb.
Lent.az-ın məlumatına görə, Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə Nizami 187 ünvanlarında “Topaz” idman-mərc oyunları obyektinin sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.
Ümumilikdə 5 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyekt sahibi – 36 yaşlı Bəxtiyar Kərimov 1500 manat, digərləri 100 manat cərimə olunublar.