Bakıda itən azyaşlı qardaşlar tapıldı
23 aprel 2020 09:33 (UTC +04:00)

Bakıda itən azyaşlı qardaşlar tapıldı

Bakıda itkin düşən azyaşlı qardaşlar tapılıb.

Lent.az-ın məlumatına görə, aprelin 20-də, saat 18 radələrində Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yaşayan 2009-cu il təvəllüd N.Şərifov və qardaşı 2014-cü il təvəllüd Ö.Şərifov yaşadıqları evdən çıxaraq geri qayıtmayıblar.

Daxil olan müraciət əsasında Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı onlar tapılaraq ailəsinə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 996
avatar

Mehman Nəbiyev

Oxşar yazılar