Bakıda intihara cəhdin qarşısı alındı
08 oktyabr 2020 19:32 (UTC +04:00)

Bakıda intihara cəhdin qarşısı alındı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 514
avatar

Oxşar yazılar