Bakıda iki qardaş avtoservisdən oğurluq etdilər
29 iyun 2020 09:14 (UTC +04:00)

Bakıda iki qardaş avtoservisdən oğurluq etdilər

Bakıda avtoservisdən oğurluq edilib.

Lent.az-ın məlumatına görə, Xətai rayonu, Babək prospektində yerləşən avtoservisdən 5 min manatlıq ehtiyat hissələri oğurlanıb. 

Nizami Rayon Polis İdarəsindən 23-cü Polis Bölməsinin əməkdaşların keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər, Bərdə rayon sakinləri, əvvəllər məhkum olunmuşlar 57 yaşlı Telman Rəhimov və onun qardaşı 38 yaşlı Sənan Rəhimov tutulub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1042
avatar

Mehman Nəbiyev

Oxşar yazılar