Yasamal rayonu ərazisindəki 3 gözəllik salonundan pul və 3 ədəd mobil telefon, habelə 1 mağazadan 1400 manat pul və mobil telefon oğurlanıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi 26-cı və 27-ci Polis Bölmələri əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini A.Həsənov saxlanılıb.