Bakıda piyada ölümü ölümü ilə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyindən Lent.a-a verilən xəbərə görə, hadisə martın 26-da saat 23 radələrində Binəqədi rayonunun Azadlıq prospektində baş verib. Naməlum sürücü idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən 35 yaşlı kişini vurub eyni istiqamətdə hərəkət edən Bakı şəhər sakini C.Hüseynovun idarə etdiyi “Hyundai” markalı avtomobilin qarşısına atıb. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.