Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini C.Həsənov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan metamfetamin, Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evdən isə 1,5 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.
Baş İdarə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini E.Abdullayevin Biləcəri qəsəbəsindəki evindən “WALTER” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.