Bakının Xətai rayonunda soyğunçuluq hadisəsi olub.
Lent.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, aprelin 18-də rayon ərazisində əcnəbi vətəndaşın mobil telefonu soyğunçuluq yolu ilə alınıb.
Xətai rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş V.Tağıyev saxlanılıb.