Bakıda karantin rejimi ilə əlaqədar gücləndirilmiş nəzarət qaydaları davam etdirilir.
Lent.az-ın məlumatına görə, paytaxtın küçə və prospektlərində, məhəllədaxili yollarla yanaşı, qapalı məkanlarda gücləndirilmiş kütləvi nəzarət-profilaktik tədbirləri keçirilir.
Xüsusən, market və digər qapalı məkanlarda sosial məsafə və ümumi karantin qaydalarına riayət olunması tövsiyə olunur.